Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Cəlilabadda keçirilən monitorinqlər nəticəsində qanun pozuntusu aşkar edilib. Bu haqda bu gün, 26 sentyabr tarixində Cenublu.az AQTA-ya istinadən xəbər verir.
Rayon ərazisində pestisid və aqrokimyəvi maddələrin 2 satış məntəqsində istifadə müddəti bitmiş preparatlar müəyyən edilib:
- Şəbiyev Rövşən Mirhüseyn oğlu – Cavadxan küçəsi;
- Aslanov Ənvər Əvəz oğlu – Uzuntəpə kəndi.
Agentlik tərəfindən istifadəyə yararsız hesab olunan preparatların zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcək.