SON XƏBƏRLƏR

 

Lənkəran və Masallıda iaşə obyektləri Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən cərimələnib. Bu haqda Cenublu.az AQTA-ya istinadən xəbər verir.

Monitoriqlər zamanı rayonlar ərazisində qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Qaydaların pozulması faktı aşağıdakı obyektlərdə müəyyən edilib:

  1. Lənkəran rayonu, Zərifə Əliyeva küçəsində yerləşən, fiziki şəxs Rəhimzadə Elnur Vüqar oğluna məxsus dönər evi;
  2. Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən, fiziki şəxs Kazımov Sabir Məmmədəli oğluna məxsus kafe.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, ölkə üzrə 378 ictimai iaşə obyektində 675 monitorinq keçirilib.