“Qızılağac” Milli Parkına direktor təyin olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 fevral tarixində verir.
Belə ki, Hirkan Milli Parkının direktoru Aqil Sucayev “Qızılağac” Milli Parkına direktor təyin olunub.
Aqil Qulam oğlu Sucayev Lerik şəhərində anadan olub. Lerik rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri (2011-2016), Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi (2017-2019) vəzifələrində çalışıb. 2019-cu ildən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəis müavini, daha sonra, 2021-ci ildən Hirkan Milli Parkının direktoru idi. Aqil Sucayev Milli Məclisin keçmiş deputatı Hüseynbala Mirələmovun bacısı oğludur.
Qeyd edək ki, 88.4 min hektar ərazisi olan Milli Parkı Lənkəran, Masallı və Neftçala ərazilərini əhatə edir.