SON XƏBƏRLƏR

Nazir müavini Astarada sakinlərin qayğıları ilə maraqlanıb. Bu haqda bu gün, 22 dekabr tarixində Cenublu.az xəbər verir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Astarada rayon sakinlərini qəbul edib.

Müraciət edənlərin bir qismi şəhid ailələrinin üzvləri və müharibə veteranları olublar. A.Kərimov onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün nazirlik üçün başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.