SON XƏBƏRLƏR

Fəaliyyətini dayandırmış “Amrahbank” ASC-nin Lənkəran filialının sabiq direktoru dələduzluqda ittiham olunur. Bu haqda məlumat bu gün, 4 fevral tarixində APA-da paylaşılıb.

2002-2012-ci illərdə direktor vəzifəsində çalışan Fikrət Xəlilli külli miqdarda dələduzluq etməsində şübhəli bilinir. F. Xəlillinin işinə baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əli Əliyevin icraatına verilib.

Bildirilir ki, F. Xəlilli bundan əvvəl də məhkumluq həyatı yaşayıb. O, 500 min manat məbləğindəki bank vəsaitini şəxsi ehtiyaclarına sərf edib.

Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Xəlili 11 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Şirvan Apellyasiya Məhkəməsi onun cəzasını 9 ilə endirib.