SON XƏBƏRLƏR

Bu gün, 10 yanvar tarixində coğrafiya elmləri doktoru, professor, əməkdar artist Lalə Məmmədovanın atası Nadir Məmmədov dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az verir.

O, uzun zamandır ki, altsheymer xəstəliyindən əziyyət çəkib. Onun yaddaş pozuntusu son üç ildə daha da kəskinləşmişdi.

Qeyd edək ki, Nadir Məmmədov 20 noyabr 1941-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub.

N.G.Məmmədov 2004-cü ildə “Azərbaycan Respublikası oronimlərinin təsnifatı və formalaşmasının əsas qanunauyğunluqları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək coğrafiya elmləri doktoru adını alıb. O, 2006-cı ildən Bakı Dövlət Universitetinin professoru idi.

Nadir Məmmədov 2005-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun “Kiçik Müdafiə Şurasının” sədri, 2009-cu ildən isə “Böyük Müdafiə Şurasının” üzvü idi. Nadir Məmmədov 1969-2008-ci illərdə bir çox ölkələrdə, o cumlədən Türkiyədə, Qazaxıstanda, Dağıstan Muxtar Respublikasında, Gürcüstanda, Özbəkistanda, Başqırdıstanda olmuşdu. Moskva, Sankt-Peterburq, Tbilisi, Kızıl, Mahacqala, Ufa və başqa Ümumittifaq toponimik konfranslarda dəfələrlə elmi məruzə ilə çıxış edərək ölkəmizi təmsil edib.

 

Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü