SON XƏBƏRLƏR

Astara rayon Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən “Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunun təlim tədris kursları 1 avqust – 6 dekabr tarixlərində keçirilib. Bu haqda məlumatı Astara rayon Gənclər və İdman İdarəsinin rəsmi Facebook səhifəsi bu gün, 6 dekabr tarixində verib.

Tədris kursları “Müasir gənclik, İngilis dili və dünyaya inteqrasiya” və “Kompyuter texnologiyası və internetin əsasları” mövzularında həftənin I, IV, VI və bazar günləri əyani və onlayn formada baş tutub.

Təlim zamanı gənclər ingilis dili, kompyuter texnologiyası və internetin əsaslarını öyrəniblər.

“Altay” Gənclərin İntellektual-İnnovasiya klubunun sədri Ceyhun Mirzəzadə 2016-cı ildən kluba rəhbərlik edir. Bu kurslarda bu günədək “Kompyuter texnologiyası və internetin əsasları” və “Müasir gənclik, İngilis dili və dünyaya inteqrasiya” mövzularında keçirilən təlim-tədris kurslarında müvafiq olaraq 243 nəfər və 81 nəfər təhsil alıb.

1 avqust – 6 dekabr tarixlərində kurslarda 12 nəfər gənc “Müasir gənclik, İngilis dili və dünyaya inteqrasiya”, 25 nəfər gənc isə “Kompyuter texnologiyası və internetin əsasları” təlim-tədris kurslarında təhsil alıb.

Zirvə Astara
Sport

“Zirvə Astara” növbəti matçına çıxacaq

Basketbol üzrə Azərbaycan Kubokunda Astaranı təmsil edən komandamız Bakı təmsilçisi ilə qarşılaşacaq. Bu haqda bu gün, 23 mart tarixində Cenublu.az xəbər verir. “Zirvə Astara” 23 mart saat 14:30-da meydançaya çıxacaq.