Daha bir lənkəranlı məktəbli İctimai televiziyada yayımlanan “Əlaçı” intellektual oyununun qalibi olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 may tarixində verir.
Belə ki, M.Əbilov adına Lənkəran rayonu Şağlakücə kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Nahid Nazir oğlu Rzayev verilişin final mərhələsinin qalibi olub.
Qeyd edək ki, daha öncə Lənkəran şəhər 6 saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Gülzadə Miriyeva da “Əlaçı” televiziya layihəsinin qalibi olmuşdu.