Lənkəranda aktiv koronavirus infeksiyası daşıyıcıları yaşayış yerini tərk ediblər. Bu haqda bu gün, 30 avqust tarixində məlum olub.
Polis əməkdaşlarının keçirdikləri müvafiq yoxlamalar zamanı qaydaları pozanlar aşkarlanıb. Rayon sakinləri İ.Həsənov və D.Ağazadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Lakin qoyulmuş qaydalara laqeyd yanaşaraq, yaşayış yerlərini tərk ediblər. Polis əməkdaşları tərəfindən saxlanılarla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanıb.