Lənkəran şəhər Olimpiya İdman Kompleksində “Könüllülər kuboku” yarışının final mərhələsi keçirilib.
Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən yarışda könüllülərdən ibarət Lənkəran komandası 2-ci, Astara komandası 3-cü yerləri tutublar.
Qeyd edək ki, yarışın seçmə mərhələsi Astara Olimpiya İdman Kompleksində keçirilmişdi.