AFFA-nın icraçı vitse-prezidenti Lənkəranda fəaliyyət göstərən aşağı yaş qruplarından ibarət olan komanda üzvləri ilə görüşüb. Bu haqda AFFA-nın rəsmi Facebook səhifəsində paylaşılıb.
Görüş zamanı vitse-prezident Elxan Məmmədov ilə birlikdə futbol veteranları Samir Əliyev və Vüqar Nadirov da iştirak ediblər.
AFFA-nın vitse prezidenti Lənkəran Olimpiya İdman Kompleksinin meydanında keçirilən görüş zamanı uşaqlara futbol geyimləri və toplar təqdim edib.
Səfərin sonun uşaq komandalarının üzvləri, Elxan Məmmədov, Samir Əliyev və Vüqar Nadirov simvolik oyun keçiriblər.
Qeyd edək ki, 4 oktyabr tarixində Elxan Məmmədov Lənkəranın “Xan Lənkəran” FK-nun rəhbərləri ilə görüş keçirmişdir.