SON XƏBƏRLƏR

AFFA-nın icraçı vitse-prezidenti “Xan Lənkəran” FK nümayəndləri ilə görüşüb. Bu haqda məlumat bu gün, 4 oktyabr tarixində AFFA-nın rəsmi saytında paylaşılıb.

“Xan Lənkəran” FK-nun rəhbərliyi vitse-prezident Elxan Məmmədova klubun fəaliyyəti və gələcək planları barəsində məlumat verib.

Görüşdə qeyd olunub ki, bütün hüquqi prosedurlar yerinə yetirildikdən sonra cari mövsümdən futbol klubu “Region Liqası” turnirində iştirak edəcək.

Elxan Məmmədov klub rəhbərliyinə klubun liqada iştirakı üçün AFFA tərəfindən müəyyən dəstək göstəriləcəyini bildirib.