Azərbaycan Dövlət Pedaqoji Universiteti Cəlilabad filialının Tələbə Gənclər Təşkilatının üzvlərinə fəxri fərmanlar verilib. Bu haqda bu gün, 4 fevral tarixində Cenublu.az ADPU-nun Cəlilabad filialına istinadən xəbər verir.
2 fevral 2023-cü il tarixində – Gənclər Günündə Azərbaycan Dövlət Pedaqoji Universiteti Cəlilabad filialının Tələbə Gənclər Təşkilatının üzvləri “2022-ci ildə göstərdikləri uğurlu fəaliyyətlərinə görə” təltif ediliblər. Belə ki, TGT-nin sədri Sevda Şahmarovanın təşkilati dəstəyi ilə filialın direktoru, dosent Xudayar Sultanlı tərəfindən TGT-nın nümayəndələrinə fəxri fərmanlar təqdim olunub.
Təltif olunublar:
- Nərmin İsmayılova – TGT müavini;
- Pərviz Babazadə – TGT müavini;
- Sevinc Babayeva – TGT Art klub sədri;
- Famil Nəsirov – TGT Tarix klubunun sədri;
- Aydan Rzazadə – TGT Tarix klubunun müavini;
- Ramilə Qubadova – TGT ŞHK klubunun sədri;
- Nazəndə Cəfərova – TGT ŞHK müavini;
- Aytac Həsənova – TGT Vətənpərvərlik klubunun sədri;
- Günay Camalova – TGT Məntiq klubunun sədri.