ADPU-nun Cəlilabad filialında “Heydər xalqım deyəcək, Xalq Heydər söyləyəcək”adlı şeir müsabiqəsi keçirilib. Bu haqda bu gün, 4 may tarixində Cenublu.az universitetin Facebook səhifəsinə istinadən xəbər verir.
Müsabiqədə müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tələbələrin şeir ifaları münsiflər heyəti tərəfindən dinlənərək qiymətləndirilib. Nəticələrə əsasən, ilk üç yerin sahibləri aşağıdakılardır:
– I yer – Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Muradova Aytən;
– II yer – İbtidai sinif müəllimliyi ixtisasının III tədris ilinin tələbəsi Feyziyeva Zəhra;
– III yer – Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Dadaşova Zəkiyyə.
Qeyd edək ki, müsabiqə ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə baş tutub.