SON XƏBƏRLƏR

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) bir qrup müəllim və tələbə heyəti 26-28 iyulda Lənkəranda səfərdə olublar. Bu haqda iyulun 30-da ADMİU-nun rəsmi saytında məlumat dərc olunub.

Səfərdə ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, prorektor, professor Validə Məmmədova, “Təsviri sənət” kafedrasının müdiri Rəşad Cabbarov, müəllimlər və tələbələr iştirak ediblər. Əsas məqsəd rəngkarlıq və qrafika ixtisasında təhsil alan tələbələrin Lənkəranın mənzərəli güşələrində etüdların işlənməsi olub.

Heyət Xanbulan kəndinə, Lənkəran çay plantasiyalarında və Lənkəran Dövlət Universitetində (LDU) olublar. Burada onları LDU-nun müəllim və tələbə heyəti, həmçinin rektor Natiq İbrahimov qarşılayıb. Qonaqlar universitetin təcrübə sahəsiylə və aqronom ixtisası üzrə təhsil alan tələbələr üçün salınmış böyük bağla tanış olublar.

Mağazadan oğurluq
Aktual

Lənkəranda yerləşən mağazadan oğurluq olunub

Lənkəranda fəaliyyət göstərən mağazaların birində oğurluq hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 mart tarixində verir. Sosial şəbəkələrdə paylaşılan videogörüntüdən aydın görünür ki, mağazaya müştəri qismində daxil