Masallı rayonunun bəzi ərazilərində qazın verilməsində fasilələr yaranacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində verir.
Belə ki, Qəriblər və İşirlər kəndlərini təbii qazla təmin edən yeraltı qaz kəmərinin paslanmış hissəsi polietilen qaz kəməri ilə əvəz olunacaq. Bu səbəbdən noyabrın 1-i saat 10:00-dan etibarən qeyd olunan kəndlərin (ümumilikdə 500 abonent) qaz təchizatında məhdudiyyətlər olacaq.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağınız və təhlükəsizlik tədbirlərinə riayət etməyiniz xahiş olunur!