SON XƏBƏRLƏR

Lənkəran şəhərində keçiriləcək sınaq imtahanlarının vaxtı müəyyən olub. Bu haqda məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi saytında paylaşılıb.

13 fevral tarixində baş tutacaq imtahanın məktəb siyahıları DİM-in rəsmi saytında açıqlanacaq. Əlavə olaraq coğrafiya fənni üzrə imtahan verəcək şəxslər üçün müvafiq fənn üzrə imtahan 20 fevral tarixində keçiriləcək.

Sınaq imtahanına qeydiyyat 2 fevral saat 23:59-dək aparılacaq.

İmtahana qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır. Sınaq imtahanın qiyməti 40 manatdır, əlavə coğrafiya fənni üzrə isə 15 manat.

İmtahanda iştirak etmək üçün şəxsi kabinetinizdəki “Hesab” bölməsini artırmalısınız.