SON XƏBƏRLƏR

Aşağı Nüvədi kəndində yeniyetmə batıb. Bu haqda 27 avqust gecə saatlarında məlum olub.

Məlumata görə, batan şəxs Biləsuvar rayon sakini 21 yaşlı Mahir Paşayedir. Dostları ilə Lənkərana istirahətə gələn Mahir dəniizin nəzarətsiz hissəsində çimərək müvazinətini itirib və batıb. Yeniyetmələr dəniz sahilində olan sakinləri köməyə çağırsalar da, onu tapmaq mümkün olmayıb.

M.Paşayevin axtarışları xilasedicilər və kənd sakinləri tərəfindən davam etdirilir.