SON XƏBƏRLƏR

Daha öncə xəbər verdiyimiz kimi, Astara rayon sakini Aydın Qəhrəmanov ömürlük həbs cəzası alsa da, 9 il sonra günahsız olduğunu sübut edib və azadlığa buraxılıb. Bununla bağlı o, Xəzər Xəbərə müsahibə verib.

Qeyd edək ki, Aydın Qəhrəmanov qeyri-rəsmi nikahda yaşadığı Aidə Yəhyayeva və onun qardaşı qızı Samirə Yəhyayevanın ölümündə təqsirli bilinərək həbs olunub. Lakin Bakı Apellyasiya Məhkəməsinə müraciət edən məhkum yenidən dindirilib, qətllə bağlı ekspertizalar təyin olunub, bütün dəlil və sübutlar, ekspertiza rəyləri tədqiq edilərək məhkum şəxsin günahsız olduğu qənaətinə gəlinib və o 9 il sonra, 62 yaşında azadlığa buraxılıb.

Hal-hazırda onun səhhətində ciddi problemlər var.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda