SON XƏBƏRLƏR

Lənkəran-Lerik yolunun 30 km-də 9 gün öncə qəzaya düşən gənc bu gün, 22 noyabr tarixində dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az verir.

Belə ki, Lerik rayonunun Hamarmeşə kəndi ərazisində qəzaya düşən 33 yaşlı Eyvaz Elşən oğlu Quliyev  Lənkəran rayon Mərkəzi xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, mərhum idarə etdiyi “VAZ-2121” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, yol kənarındakı elektrik dirəyinə çarpılıb və təqribən 20 metr hündürlükdən dərəyə aşıb.