SON XƏBƏRLƏR

Cəlilabad rayon sakini Bakıda müəmmalı şəkildə ölüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində Lent.az-a istinadən verir.

Belə ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində küçədə meyit tapılıb. Müayinə zamanı onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Araşdırmalar zamanı onun Cəlilabad sakini, 60 yaşlı Əhmədağa Həsənov olduğu müəyyən olunub.

Onun ölümünün səbəbləri məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.