Lənkəranın Havzava kəndində intihara cəhd hadisəsi baş verib. Bu haqda 17 avqust gecə radələrində məlum olub.
51 yaşlı Ş.Süleymanov özünü asıb. Onun oğlu hadisədən xəbər tutaraq, kəndiri kəsib və ailə üzvlərinə məlumat verib. Atasını xilas edən gənc, onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Ş.Süleymanova orada ilkin tibbi yardım göstərilib.
Reanimasiyaya yerləşdirilən Ş.Süleymanovun vəziyyəti ağırdır.