SON XƏBƏRLƏR

Daha öncə Lənkəran rayonunu Zövlə kəndinin rabitə problemi barəsində paylaşım etmişdik.

3500 nəfərə yaxın sakini olan kəndin telefon xətləri yararsız vəziyyətdə idi, internetdən istifadə etmək isə mümkün deyildi.

Redaksiyamıza bu gün, 17 yanvar tarixində müraciət edən sakin bildirib ki, problemləri yalnız qismən həll olunub.

Belə ki, kənddə qəzalı vəziyyətdə olan dirəklər yeniləri ilə əvəz olunsa da, hələ də internet xətləri çəkilməyib.

“Dəfələrlə müraciət etmişik. Cavabında isə: “Sizin üçün yeni, müasir standartlara cavab verən optik internet xətti yaxın vaxtlarda çəkiləcək”, – eşidirik. Axı nə qədər müraciət etmək olar? Artıq yorulmuşuq. Bu iki dirəyin yenisi ilə əvəz olunması hansısa bir fəsadın qarşısını qismən də olsa aldı. Lakin kəndimiz hələ də internetsizdir”, – deyə sakin bildirib.

Zövlə kəndi internet
Foto Cenublu.az