SON XƏBƏRLƏR

Hirkan Milli parkında müəyyən infrastruktur inkişafından sonra meşələr UNESCO-nun irs siyahısına daxil olunacaq. Bu haqda məlumat bu gün, 8 dekabr tarixində Report.az-da paylaşılıb.

“2022-ci ilin iyun ayında Hirkan meşələri artıq UNESCO-nun irs siyahısında olacaq. Milli parkın UNESCO çərçivəsində müəyyən fəaliyyətlərin aparılması qarşımıza hədəf kimi qoymuşuq. Parkda müəyyən infrastrukturun inkişafına ehtiyac var” deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biomüxtəlifliyin Mühafizəsi Departamentinin direktor müavini Rəşad Allahverdiyev öz açıqlamasında bildirib.

Qeyd edək ki, Hirkan Milli parkı Lənkəran rayon ərazisində yerləşir. Hirkan meşələri 23 və 5,3 milyon il əvvəl Miosen geoloji erasında şimal yarımkürəsinin hər yerində geniş yayılmış meşə birlikləri nəslindəndir. Lakin baş vermiş iqlim dəyişikliyi zamanı meşənin sərhədləri əhəmiyyətli dərəcədə azalıb.