Lənkəran rayonu, Vilvan kənd bağçasının binası uçmaq üzrədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 aprel tarixində Space TV-yə istinadən verir.
Vaxtilə 80 yerli olan bağça indi cəmi 40 uşaq qəbul edir. Vəziyyətin bu yerə gəlib çatmasına səbəb bağçanın korpuslarının və otaqlarının qəzalı vəziyyətdə olmasıdır.
Vilvan kənd bağçası 1973-cü ildə istifadəyə verilib. Əvvəl bağça iki korpusdan ibarət olub. Bu korpuslarda 4 qrupda 80 uşaq təlim-tərbiyə alıb.
Korpus və otaqların bir neçəsi qəzalı vəziyyət səbəbindən bağlanıb. Qəzalı vəziyyətdə olan binada sanitar qovşağı da yoxdur.
Lənkəran təhsil sektorundan bildirilib ki, yaxın vaxtlarda problemin həlli ilə bağlı lazımi addım atılacaq.
Lənkəran təhsil sektorunun müdiri Elman Rzayev: “Vilvan bağçası 1973-cü ildən hal-hazırkı binada fəaliyyət göstərir. Bağçada 40 şagird var, iki qrupludur. Yaxın dövr üçün Vilvan kəndində Vilvan bağçası üçün bağça binasının tikilməsi nəzərdə tutulub”.