SON XƏBƏRLƏR

Lənkəran rayonu, Cil kənd körpələr evi – uşaq bağçasının binası qəzalı vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 aprel tarixində verir.

Belə ki, bağçanın binası 1959-cu ildə tikilərək istifadəyə verilib. Əvvəl iki korpusdan ibarət olub. Vaxtilə burada 75 uşaq təlim-tərbiyə olunub. Hazırda isə bina qəzalı vəziyyətdə olduğundan bir korpus tamamilə bağlanıb.

Bağçanın damından su damır, pəncərələri qırılıb, döşəmə və divar bərbad vəziyyətdədir, istilik sistemi yoxdur.

Artıq müvafiq qurumlar bağçaya baxış keçiriblər və binanın qəzalı olması ilə bağlı rəy də verilib.

Təhsil sektoru üzrə məsləhətçi Fəridə İsmayılova: “Bağçanın yerləşdiyi bina 1959-cu ildən bu günə kimi əsaslı təmir olunmayıb. Müvafiq qurumlar bağçaya baxış keçirib. Yaxın dövrdə Cil kəndində uşaq bağçasının təmiri nəzərdə tutulub”.

Qeyd edək ki, hazırda bu uşaq bağçasında 55 uşağın təlim-tərbiyəsi ilə 18 nəfər işçi məşğul olur.

 

 

 

Әrkivan FK
Sport

“Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq

Masallı təmsilçisi olan “Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir. Oyun Abşeron Olimpiya İdman Kompleksində 4 iyun saat 17:00-da baş tutacaq.