Lənkəranda 19 ailənin yaşadığı bina qəza şəraitindədir. Bu haqda bu gün, 30 oktyabr tarixində sakinlər Cenublu.az-a müraciət ediblər.
Şəhərin Bala Məmmədov 4 küçəsində yerləşən bina dağılır.
“1885-ci ildə tikilmiş binada özümüz təmir işləri apara bilmirik. Binaya 1 mıx vurursan, həmən hissə tökülür” deyə sakinlərdən biri deyir.
Həmçinin sakinlər qeyd edir ki, Qala ərazisində yerləşən binaya görə aidiyyatı üzrə müraciət etmişik, lakin problem hələ də öz həllini tapmayıb.

