Bu gün, 17 noyabr tarixində Astarada “Milli Dirçəliş günü” münasibətilə tədbir keçirilib. Bu haqda məlumatı Astara rayon Mədəniyyət mərkəzi verib.
Belə ki, Artupa kənd Diyarşünaslıq evində keçirilən tədbirdə 1988-ci ildə Azərbaycanda milli azadlıq hərəkatı ilə bağlı məlumat verilib. Həmçinin, “Milli Dirçəliş günü” ilə bağlı videoçarx nümayiş olunub.
Qeyd edək ki, tədbir Artupa kənd Diyarşünaslıq evi və Artupa kənd kitabxanasının birgə təşkilatçılığı ilə baş tutub.