SON XƏBƏRLƏR

Lənkəran şəhərində yaşayış binalarından biri təhlükəli vəziyyətdədir. Bu barədə bu gün, 1 noyabr tarixində Cenublu.az-ın oxucuları məlumat verib.

Şəhərin Şirəli Axundov 3/5 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binası qəza şəraitindədir. 12 ailənin yaşadığı bina çökmə təhlükəsi ilə qarşı-qarşıyadır.

Sakinlər bildirir ki, 1875-ci ildə tikilmiş və hazırda uçma vəziyyətində olan binanın əsaslı təmir-bərpa işlərinə ehtiyacı var.

Onlar həmçinin qeyd edib ki, aidiyyatı üzrə müraciətlərinə baxmayaraq, problem öz həllini tapmayıb.

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az