Cəlilabadda 15 gün əvvəl ölən kişinin meyiti aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 yanvar tarixində Report.az-a istinadən verir.
Belə ki, şəhərin Səttarxan küçəsində yerləşən evlərin birindən yaşlı kişi meyiti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Araşdırma zamanı ölən şəxsin həmin evdə tək yaşayan 68 yaşlı Məmmədov Məhəmməd Bəhmən oğlu olduğu məlum olub.
Onun meyiti üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.