SON XƏBƏRLƏR

Lənkəranda partlayış nəticəsində yeniyetmə ağır xəsarətlər alıb. Bu barədə Cenublu.az APA.az-a istinadən məlumat verir.

Lənkəran şəhərinin 2-ci mikrorayon ərazisində qaz sızması nəticəsində partlayış qeydə alınıb. 14 yaşlı Orxan Əskərov hamam otağına daxil olduqdan sonra işığı yandırıb və o zaman partlayış olub.

Lənkəran şəhər Xarici Dillər Təmayüllü liseyin şagirdi olan Orxan təcili-tibbi yardım vasitəsi ilə Bakı şəhərinə çatdırılıb. O, 5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.