Tovuz rayonunun Aşağı Quşçu kənd sakini, 13 yaşlı Əfsanə Mətləb qızı Tağıyevanın bir neçə gün öncə itkin düşməsi haqda məlumat vermişdik. Qızın anası onun övladının Cəlilabad sakini Azad Ağayevlə birgə qaçdığını söyləmişdi.
Məsəlı ilə bağlı Azad Ağayev bildirib ki, qızla TikTok platforması vasitəsilə tanış olub. “İlk dəfə TikTok-da fotomu görüb mənə yazdı. Daha sonra aramızda sevgi münasibəti yarandı. Dəfələrlə mənə deyirdi ki, bizə elçi göndər. Yaşı az olduğundan onun bu təklifini rədd etmişəm. Qızın qaçmağından xəbərim olmayıb. Mesajlarını sübut kimi saxlamışam”, – deyə Azad Ağayev qeyd edib.
Lakin aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 13 yaşlı Əfsanə Tağıyeva Xudat şəhərində tapılıb. Araşdırmalarla müəyyən olunub ki, onu evlənmək məqsədilə 40-dan çox yaşı olan Səfər Kavazov qaçırıb.
Qeyd edək ki, Səfəhttps://cenublu.az/wp-admin/admin.php?page=smart-slider3r Kavazov ailəlidir və 3 uşağı var. O, Xudat şəhər xəstəxanasnda 10 ilə yaxındır ki, mühafizəçi olaraq çalışır.