Cəlilabad rayonunda itin dişlədiyi azyaşlı qız ölüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 may tarixində verir.
Hadisə Cəlilabad şəhərinin Röyal Nəsirov küçəsində baş verib. Bacısına sahibsiz itin hücumunu görən 11 yaşlı Zülfiyyə Rzayeva onu itin caynağından xilas etsə də, özü çoxsaylı xəsarətlər alıb.
Xəstəxanaya çatdırılan azyaşlıya quduzluq əleyhinə vaksin vurulub. Daha sonra o, paytaxt xəstəxanalarından birinə təxliyə edilib.
Lakin azyaşlı yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.