Cenublu.az Lənkəran rayonu, Tütəpeştə kəndində 11 yaşlı uşağı zorlamaqda şübhəli bilinən C.L. haqda bəzi məlumatlar əldə edib.
İlkin məlumata görə, 26.10.1979 təvəllüdlü C.L.-in zorladığı 11 yaşlı uşaq onun qohumu imiş. Lənkəranda taksi fəaliyyəti ilə məşğul olan C.L.-in şəhərin 20 Yanvar küçəsində yaşadığı söylənilir. Onun 1 övladı var.
Qeyd edək ki, faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri; 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.